Nazirlik işçisinin öldüyü qəza ilə bağlı Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Səhiyyə Nazirliyinin əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da saat 9:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində qəsəbə sakini Rafiq Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobili kanala aşırıb. Nəticədə R.Məmmədovun sərnişini - bacısı Pərvanə Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən P.Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin, qardaşı R.Məmmədov isə İTV-nin əməkdaşıdır.


AzNews.az