Nazirlikdə kadr dəyişikliyi: Zakir Həsənov keçmiş iş yoldaşına vəzifə verdi

Zakir Həsənov Müdafiə Nazirliyi Gorədil Hərbi İstirahət Evinin rəisi polkovnik-leytenant Etibar Qasımov və onun müavini mayor Mobil Yusifovu vəzifədən azad edərək, təqaüdə göndərib.

"Axar.az"ın əldə etdiyi məlumatda bildirilir ki, Z.Həsənov Etibar Qasımovun yerinə Daxili Qoşunların ehtiyatda olan polkovnik-leytenantı Ayatxan Hüseynovu təyin edib.

Məlumatda bildirilir ki, Etibar Qasımovun vəzifədən azad edilməsinə səbəb Hərbi İstirahət Evində aparılan yoxlamalar nəticəsində üzə çıxan ciddi qanun pozuntularıdır. Özəl qaynağımız onu da qeyd edir ki, Gorədil Hərbi İstirahət Evində aparılan intensiv yoxlamalar və Ayatxan Hüseynovun bir ay əvvəl Daxili Qoşunlardan təqaüdə göndərilməsi planlı şəkildə baş verib və bu, Etibar Qasımovun vəzifədən uzaqlaşdırlmasına hesablanıb.

O da bildirilir ki, vaxtilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi vəzifəsində çalışan Etibar Qasımov keçmiş nazir Səfər Əbiyevin kadrı hesab olunur. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunandan öncə Daxili Qoşunların komandanı vəzifəsini daşıyıb.

AzNews.az
image description