5 rayonda 36 saat su olmayacaq

Bakı şəhərinin 5 rayonunda gün yarım su problemi olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, paytaxtın Ziya Bünyadov prospektində yol qovşağının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq Z.Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar yanvarın 12-də saat 23:00-dan etibarən 36 saat müddətində Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına Neft Emalı və "Azərneftyağ" Neft Emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatçılıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

AzNews.az