- Köhnə - Hadisə
- 10 Yanvar 2014 18:07
- 1 600
22 yaşlı ana intihar edib
"Qafqazinfo" Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Paşankənd kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü, 1 uşaq anası Orucova Kainat Məhəmməd qızı yaşadığı evində özünü asaraq intihar edib.
Məlumata görə, K.Orucova bir neçə gün əvvəl də eyni qaydada intihara cəhd etmiş, lakin yaxınları tərəfindən xilas olunmuşdu.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az