64 yaşlı qadını maşın vuraraq öldürdü

Bu gün Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 60 yaşlı Quba şəhər sakini Qəmbər Məmmədovun idarə etdiyi 10 XC 619 qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus yolu keçən piyada 64 yaşlı Quba rayonunun Qonaqkənd kənd sakini Pərnisə Mustafayevanı vurub.

Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Onun cəsədi Quba rayon Morqunda müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


AzNews.az