08:11
(077) 610-22-33

İkimərtəbəli ev yandı

  • >
109 11 Yanvar 2014 08:00 | Hadisə

Qaxda ikimərtəbəli evdə yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qax rayonu, Böyük Alatəmir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik, ümumi sahəsi 50 kv.m olan köməkçi tikili və tövlə yanğından mühafizə olunub. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakən rayonu, Şərif kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkir rayonu, Diyərli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin çardagının yanar konstruksiyaları 10 kv.m və içərisinə yığılmış istifadəsiz əşyalar 15 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonunda vətəndaşa məxsus "Daewoo" markalı yük avtomobilinin mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X