Dəhşətli qəza ilə bağlı Rəsmi məlumat- Yenilənib

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.


APA-nın verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.(10:22)

***

Sabirabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.


AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi "VAZ-21011" markalı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə F.Həsənov və sərnişinlərindən - Nərimankənd kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri - Nərimankənd kənd sakinləri Orxan Cəbrayılov, Mircəfər Hüseynov və Fərid Əhmədov xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb, onlar xəstəxanada ölüblər.

AzNews.az