Ordumuzun əsgəri intihar etdi

Azərbaycan Milli Ordusunun əsgəri intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü Məzahir Abdullayev intihar edib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az