Zakir Həsənov Murova göndərdiyi polkovnik-leytenanta yüksək vəzifə verdi – Özəl

Müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən azad edilərək Murova göndərilən Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin keçmiş rəisi polkovnik- leytenant Elçin Mehdiyevə yeni vəzifə verilib.


AzNews.az-a daxil olan məlumata görə, E.Mehdiyev Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Maliyyə - Uçot İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, polkovnik-leytenant Elçin Mehdiyev ötən il oktyabrın sonunda tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilmişdi.

Daha sonra isə polkovnikin Murova göndərildiyinə dair məlumatlar yayılmışdı.

Elçin Mehdiyev Zakir Həsənovun vəzifədən azad edərək daha sonra yüksək vəzifəyə təyin etdiyi ilk kadr deyil.

Axar.az-ın verdiyi məlumatda isə bildirilmişdi ki, bir müddət əvvəl vəzifədən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumova da yüksək vəzifə verilib.

Hərbi hissələrin birinə daha aşağı vəzifəyə göndərilən Fazil Aşumov çox keçmədən Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi təyin olunub.

Elnur
AzNews.az