21:11
(077) 610-22-33

Şok iddia: “Azərbaycanda zəlzələni İran təşkil edib“

  • >
1 781 16 Avqust 2012 12:33 | Hadisə

"Debka" saytı: "İran süni zəlzələ yaradan silah üzərində apardığı işı sınaqdan keçirib"


"İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən sonra AMEA-nın Seysmik Xidmət Mərkəzi qeydə alınan təkanları xarakteristikasını araşdırıb. Bizim fikrimizcə İran zəlzələsi süni törədilməyib".

Bunu AzNews.az-a Şərqi Azərbaycanda zəlzələnin süni törədildiyi barədə məlumatlara münasibət bildirən AMEA-nın SXM-nin direktoru Qurban Yetirmışlı deyıb. Mərkəz direktorunun sözlərinə görə, İranda zəlzələnin süni olaraq törədilməsi ilə bağlı məlumatlar siyasi məqamlarla bağlıdır.


Məlumat üçün bildirək ki, İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən "Debka" saytı zəlzələnin İran tərəfindən törədildiyi ehtimalını vurğulayıb. Saytın yazdığına görə, İran süni zəlzələ yaradan silah üzərində apardığı işı sınaqdan keçirib: "İranın hərbi dairələri bu silahın nə zaman və harada sınaqdan keçiriləcəyi haqqında uzun müzakirələr aparıblar. Qərara alınıb ki, silah Şərqi Azərbaycan vilayətində sınaqdan keçirilsin".


Silahın bu bölgədə sınaqdan keçirilməsinin səbəbləri isə bölgə əhalisinin qeyri-fars, yəni türk olması və əhalinin kompakt halda yaşamasının qarşısını alaraq onların öz ata-baba yurdlarını tərk etməsini sürətləndirməkdir.


Kəmalə

Aznews.az

Bağla X