Axtarışda olan azərbaycanlı tutuldu

Rusiyada axtarışda olan azərbaycanlı tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhim Xəlilov tutulub.

Qeyd edək ki, R.Xəlilov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış elan edilmişdi.

AzNews.az