Ağacın aşması nəticəsində ölənlərin adları məlum olub - YENİLƏNİB - FOTO

Bakıda baş verən faciəli hadisə nəticəsində ölənlərin adları məlum olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, ağacın aşması nəticəsində 1968-ci il təvəllüdlü Hacıyeva Nərgiz Əziz qızı və 4 yaşlı oğlu Hacıyev Elmar Nail oğlu aldıqları xəsarətlərdən ölüblər.

Əslən Qusar rayonundan olan ana və bala hadisə yerindən 50 metr kənarda yerləşən Şirvani küçəsi, ev 1, mənzil 2-də yaşayırmışlar. Qonşuların sözlərinə görə, saat 14:00 radələrində ana uşağını məktəbdən gətirirmiş. Bu zaman iri gövdəli ağac qırılıb və üstlərinə düşüb.

* * *

15:12

Bakıda faciəli hadisə baş verib.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, bu gün saat 14:00 radələrində Babək prospekti-103 ünvanında iri gövdəli ağac yol ilə gedən ana və azyaşlı övladının üzərinə aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib. Ölənlərin adları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az