Bakı metrosunda həyəcan - qatarlar enerjisiz qaldı

Bakı Metropolitenin stansiyalarında qatarların hərəkətinin dayanması ciddi sərnişin sıxlığı yaradıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 13.40 radələrində metronun bütün istiqamətləri üzrə qatarların hərəkəti 20 dəqiqəyə yaxın vaxt ərzində dayanıb. Nəticədə bütün stansiyalarda sərnişin sıxlığı yaranıb. Bu da sərnişinlər arasında narahatlığa səbəb olub.

Saat 13.55 radələrində isə qatarların hərəkəti bərpa olunub.

Metrostansiya işçilərinin AzNews.az-ın hadisə yerində olan əməkdaşına dediklərinə görə, gecikməyə səbəb qatarları hərəkətə gətirən elektrik enerjisində problemin yaranması olub. Lazımi səviyyədə enerji olmadığına görə qatarlar hərəkət edə bilməyib. Hazırda problemin aradan qaldırılması üçün zəruri işlər aparılır.

Amid
AzNews.az