Almaniyada təyyarə qəzası - 4 ölü

Böyük Britaniyadan uçan biznes - klas kiçik matorlu təyyarə bu gün Almaniyanın cənubunda qəzaya uğrayıb.
AzNews.az alman mətbuatına istinadən xəbər verir ki, təyyarədə olan 2 pilot və 2 sərnişin həlak olub.

Məlumata görə, "Cessna 501 Citation" markalı təyyarə yerli vaxtla 12.00 - da Fyören kiçik aerodromuna enərkən qəzaya uğrayıb və bir az aralıdakı zibil yığnağına düşüb. Təyyarə düşən zaman elektrik xətlərinə ilişib və tamamilə yanıb.

Təyyarənin sərnişinləri gənc ailə cütlüyü olub. Amma onların şəxsiyyətlərini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Qəzaya uğrayan təyyarə "Cessna 501 Citation" 1981 - ci ildə istehsal olunub və əvvəllər heç v axt qəzaya düşməyib.

Əli
AzNews.az