Bakı Metrosunda qadınlara qarşı seksual hərəkətlər

Ötən gün Bakı Metropolitenində insident yaşanıb. Anspress-in məlumatına görə, "Dərnəgül" stansiyasından "Həzi Aslanov" stansiyasına hərəkətdə olan qatarda təxmini 21 yaşında olan bir nəfər gənc qadınlara yaxınlaşaraq onlara seksual xarakterli hərəkətlər edib.

Onun bu əməlini görən yaxınlıqdakı hadisə şahidləri onu tutaraq polisə təslim edib. Araşdırmalar zamanı Yusif adlı həmin şəxsin ruhi xəstə olduğu müəyyən olunub. Onun saxlanılaraq lazımı orqanlara verildiyi bildirilib.

AzNews.az