Qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 13 yanvar 2014-cü il tarixində saat 11:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az