Əli İnsanov Kürdəxanıya köçürüldü

Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə məlumatı AzNews.az-a Ə.İnsanovun vəkili Toğrul Babayev verib.

Vəkil bildirib ki, yanvarın 11-də köçürülüb: "Bu gün təcridxanada Əli İnsanovla görüşəcəyəm. Saxlanma şəraiti ilə maraqlanacağam".

Qeyd edək ki, Ə.İnsanovun yerinin dəyişdirilməsinə səbəb Ali Məhkəmənin Plenumunun onun barəsində çıxardığı qərardır. Belə ki, Plenumun qərarına əsasən Əli İnsanovun işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Buna görə də yanvarın 17-də başlayacaq məhkəmə prosesinə hazırlıq və prosesin gedişi boyunca Əli İnsanov istintaq təcridxanasında saxlanacaq.

Elnarə
AzNews.az