Vüqar Həşimov III Fəxri Xiyabanda dəfn ediləcək

Almaniyada vəfat edən azərbaycanlı qrossmeyster Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Tədbir saat 11:00-da başlanacaq. Saat 15:00-da cənazə götürüləcək və torpağa tapşırılmaq üçün "Qurd Qapısı"nın yaxınlığındakı qəbiristanlığa aparılacaq.

Dəfndən sonra isə "Təzəpir" məscidində ehsan veriləcək.

AzNews.az