Bakıda Özbəkistan vətəndaşı saxlanıldı

Bakıda insan alverilə məşğul olan Özbəkistan vətəndaşı saxlanılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) ilə axtarışda olan Özbəkistan vətəndaşı Ferat Appasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az