12:27
(077) 610-22-33

Güclü külək Şamaxını dağıtdı - FOTO

  • >
507 13 Yanvar 2014 19:16 | Hadisə

İki avtomobil küləyin yıxdığı ağacların altında qalıb

Bu gün günorta saatlarından başlayaraq Şamaxı rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. APA-nın məlumatına görə, külək yaşayış evlərinin, tövlələrin dam örtüyünə, elektrik təsərrüfatına, bir neçə avtomobilə ziyan vurub.

Şamaxı şəhərində 20-yə yaxın evin və yardımçı tikilinin dam örtüyü yerindən qopub, şəhərin bəzi yerlərində elektrik və rabitə xətləri qırılıb. Güclü külək kəndlərdə də dağıntılara səbəb olub. Bir neçə kənddə elektrik dirəkləri aşıb, xətlər qırılıb, əhaliyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Şamaxı şəhərində Təhmasib Niftalıyev və Ədalət Kərimova məxsus minik avtomobilləri küləyin yıxdığı ağacların altında qalıb. Hər iki avtomobil əzilərək yararsız hala düşüb. Sürücülərdən biri yüngül xəsarət alıb, o birinin isə qolu sınıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri hazırda küləyin təsirindən ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə baxış keçirilir. Rayona dəymiş ziyanın ümumi məbləği hələ ki məlum deyil.


AzNews.az
Bağla X