Goranboyda qəzaya düşən direktor öldü- Yenilənib

Bakı-Qazax magistralında piyadanı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 19:00 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib.

Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.(13.01.2014- 22:07)

***
Dünən saat 19 radələrində Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat qəzası ölümlə nəticələnib.

APA-nın verdiyi məlumata görə, magistral yolun Azad kəndindən keçən hissəsində yolu keçmək istəyən kənd sakini, 60 yaşlı Salman Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq S. Abbasov gecə saatlarında dünyasını dəyişib.

Hadisəni törədən naməlum avtomobilin tapılması istiqamətində Dövlət Yol Polisi İdarəsində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, S. Abbasov Goranboy rayonun Azad kənd orta məktəbin direktoru olub.


AzNews.az