Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi - FOTO

Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi xüsusi reyslə Bakıya gətirilib.

APA- nın verdiyi məlumata görə, V. Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində baş tutacaq.

Vida mərasimindən sonra cənazə torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq.


AzNews.az