- Köhnə - Hadisə
- 14 Yanvar 2014 09:59
- 2 677
Qaz təchizatında məhdudiyyətlər olacaq
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 14 yanvar 2014-cü il tarixində saat 08:00-dan 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Səbail və Qaradağ rayonlarının bir hissəsinə, saat 10:00-dan 17:00-dək Yevlax rayonunun Kövər kəndinə və İsmayıllı şəhəri daxil olmaqla rayonun bir hissəsinə, 11:00-dan 17:00-dək isə Şamaxı və Xəzər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
AzNews.az