Sumqayıtda avtoqəza: piyada öldü

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də axşam saat 22 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini Rəşad Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Şərur rayon sakini Xanım Həsənovanı vurmuş və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı ağaca çırpıb.

Piyada X.Həsənova hadisə yerində ölüb, R.Babayev isə xəstəxanaya yerləşdirilib.

AzNews.az