Silah alverçisi saxlanıldı

Şamaxı rayon sakini "AKMS" markalı avtomat silahı satarkən tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Namiq Əmirov tutulub.

N.Əmirov "AKMS" markalı avtomat silahı satarkən yaxalanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az