04:18
(077) 610-22-33

Vüqar Həşimov dəfn olundu

  • >
595 14 Yanvar 2014 14:26 | Hadisə


Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimov dəfn olunub.

AzNews.az-ın xəbərinə görə, dəfndən əvvəl Vüqar Həşimovla Respublika Şahmat Mərkəzində vida mərasimi keçirilib.

Vida mərasimində dövlət rəsmiləri, Milli Məclisin deputatı, idmançı yoldaşları, mərhumun yaxınları iştirak ediblər.

Mərasimindən sonra V. Həşimov 3-cü Fəxri xiyabanda torpağa tapşırılb.

Xatırladaq ki, yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş şahmat üzrə qrossmeyster Vüqar Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətirilib.

Qeyd edək ki, 1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi.

Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Həşimov uzun müddətdir əziyyət çəkdiyi beyin xərçəngindən dünyasını dəyişib.

AzNews.az
Bağla X