ANS-dən daha 4 nəfər işdən çıxarıldı

ANS TV-nin "Xəbərçi" redaksiyasında müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib.

Bu barədə ANS-dəki həmkarlarımızdan "Axar.az"a məlumat verilib.

"ANS-ÇM" radiosunda çalışan Valid Əliyevin də işdən azad edilənlər siyahısında olduğunu və bütün redaksiyalarda kütləvi ixtisarlar getdiyini bildirən həmkarımızın sözlərinə görə, kanalda işdən çıxarılanlar əsasən yeni işçilərdir:

- Bir müddət öncə Mirşahin Ağayev yeni kadrları işə cəlb edib. Adətən həmin kadrlar kurs keçəndən sonra ANS-də qalıb çalışırlar. Ancaq bu dəfə elə olmadı. Həmin kadrların hamısı işdən azad edildi.

Xatırladaq ki, "Aznews.az" saytı bu gün ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarıldığı barədə xəbər yayıb.

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov isə ANS TV-də kütləvi ixtisarları inkar edərək, xəbərləri dolayısı ilə təsdiqləyib: "İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir?" Əlavə edək ki, işdən çıxarılanların sayı bir nəfərlə məhdudlaşmır.

AzNews.az