- Köhnə - Hadisə
- 14 Yanvar 2014 21:29
- 1 357
Qobustanda yanğın: 1.5 ton ot, yarım ton taxıl yandı
AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Poladlı kəndində ümumi sahəsi 214 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 54 kv.m sahədə, içərisinə yığılmış 2.5 ton ot bağlamasının 1.5 tonu və 0.5 ton taxıl yanıb. Köməkçi tikilinin qalan hissəsi və içərisindəki ot bağlaması yanğından mühafizə olunub.
Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az