Səlim Müslümov şöbə müdirini işdən çıxartdı- AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tutduğu vəzifədən azad olunub.

İ.Məmmədov AzNews.azəməkdaşı ilə söhbətində məlumatı təqdiləyib.

Boşalan şöbə müdiri vəzifəsinə hələlik təyinat aparılmadığını deyən keçmiş müdir bir neçə iş təklifi aldığını deyib: "Hələlik təkliflərlə bağlı qərar verməmişəm. Təklifləri dəyərləndirmək üçün zaman lazımdır".

Qeyd edək ki, İ. Məmmədov 2010-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində işləyib.

Elnur
AzNews.az