01:11
(077) 610-22-33

Abutalıbov Şəhidlər Xiyabanına getdi - Fotolar

  • >
286 15 Yanvar 2014 13:33 | Hadisə

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 20 Yanvar günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında aparılan işlərlə tanış olub.

Anspress-in verdiyi məlumata görə, iş icraçıları Şəhidlər Xiyabanında aparılan işlərlə bağlı Hacıbala Abutalıbova məlumat veriblər. İcra başçısı isə güllərlə bəzədilən sahənin artırılması barədə göstəriş verib.

Qeyd edək ki, artıq Şəhidlər Xiyabanının girişində 20 Yanvar günü ilə əlaqədar ağ və qırmızı güllərdən ibarət ekspozisiyanın hazırlanmasına başlanılıb.

Xiyabanın girişində 300 kvadratmetrlik sahədə güllərdən buta ornamenti və 20 Yanvar sözləri yazılan eskizlər quraşdırılıb. İş icraçılarının sözlərinə görə eskizlər qırmızı və ağ qərənfillərlə bəzədiləcək. Bundan başqa güllərlə bəzədilən buta ekspozisiyasının üzərində alovu əks etdirən elektron lampalar da quraşdırılır.

Xiyabanın girişin sağ tərəfində pilləkənlərin üzərində isə güllərlə bəzədilən şam ekspozisiyası qurulacaq.

Şəhidlər Xiyabanında hazırlıq işlərinin yanvarın 16-da günortayadək tam başa çatdırılması planlaşdırılır.


AzNews.az
Bağla X