"Hadisə ilə bağlı cinayət işi başlanıb" "Hadisə ilə bağlı cinayət işi başlanıb"

Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi

"Hadisə ilə bağlı cinayət işi başlanıb"



Gəncədəki hərbi hissədə baş verən insidentə rəsmi aydınlıq gətirildi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissəsələrdən birində 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Əlizadə Rəvan Arif oğlu və 1995-ci il təvəllüdlü, 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu). Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib.

Yanvarın 13-də əsgərlər Bakı şəhərinə gətirilərək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir.

Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika Baş psixiatrının rəyi alındıqdan sonra, hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.

Müdafiə Nazirliyi valideynlərə, təhsil müəssisələrinin pedoqoji kollektivlərinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək həqiqi hərbi xidmətə çağırılan gənclərin Vətənə məhəbbət, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onlarda fədakarlıq və qəhrəmanlıq hisslərinin aşılanması, mənəvi-psixoloji cəhətdən hərbi xidmətin çətinliklərinə hazır olmalarına diqqət yetirilməsini xahiş edir.

AzNews.az