Çin oyuncaqları xərçəng yaradır - ŞOK

" Vyetnamda satılan və çox zəhərli kimyəvi birləşmələrdən istehsal olunan Çin oyuncaqları Xərçəng xəstəliyinə riski artırır, sonsuzluğa və mərkəzi sinir sisteminin sıradan çıxmasına stimul yaradır".

Belə şokedici açıqlama ilə cənubi Vyetnam şəhəri Xoşiminin yerli sanitariya nəzarətinin mütəxəssisləri çoxlu dükanları yoxladıqdan sonra çıxış ediblər.

Ekspertlərin rəyinə görə bəzi Çin oyuncaqlarında belə zərərli maddələrdən istifadə icazə verilən həddən 400 dəfə artıqdır. Mütəxəssislər plastik topları, diyircəkləri, kuklaları və maşın modellərini yoxlayıblar. Bu oyuncaqların düzəldildiyi materialların içərisində ftalatların miqdarı artıq çıxıb, hansı ki, bu maddədən plastik maddələrin yümşaldılması üçün istifadə olunur.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ftalatların insan orqanizmi üçün zərərli olması çoxdan elmə məlumdur. Ona görə bütün dünyada bu maddənin uşaq oyuncaqlarında istifadə edilməsi qadağan olunub.

Öz növbəsində Xoşimin kimyəvi tədqiqatlar institutunun mütəxəssisləri müxtəlif rəngli parlaq üşaq oyuncaqlarının zərəri barədə də çıxış ediblər. Onlar müşahidələrinə əsasən həyəcan təbili çalaraq bildiriblər ki, Çin oyuncaqlarının böyük əksəriyyəti, kuklalar, diyircəklər, maşınlar və vəhşi heyvan nümunələri əsasən üşaq məmulatlarında işlədilməsi yolverilməz olan sənaye rəngləri ilə rəngləniblər. Hansı ki, bu rənglərin tərkibində təhlükəli zəhərlənmələrə səbəb ola biləcək xrom, qurğuşun və civə elementləri və onların zəhərli birləşmələri var.
Mütəxəssislərin bütün bu xəbərdarlıqlarından sonra sanitar nəzarəti orqanları ölkədə bütün uşaq oyuncaqları satılan dükanları gəzərək belə ziyanlı məmulatların satışına qadağa qoyublar. Buna baxmayaraq belə ucuz mallara tələbat hələ də yüksəkdir, düşüncəsiz satıcılar həyatlarının təhlükəsinə və riskinə baxmayaraq belə malları satmaqda davam edirlər və diqqətsiz alıcılar da həvəslə alırlar.

Əli
AzNews.az