Nəqliyyat Nazirliyindən sürücülərə xəbərdarlıq

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) sürücülərə xəbərdarlıq edib.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı Əliyar Əliyev küçəsindən "Böyük Şora" qədər olan hissədə yolun sağ və sol hissələrində nəqliyyat vasitələrinin saxlanması təmir işlərinin aparılmasına maneəçilik törədir:

"Ona görə də sürücülərə bu ərazilərdə avtomobillərini saxlamamağı tövsiyə edirik. Çünki qazıntı işləri aparıldığından sonradan avtomobilin həmin ərazidən çıxarılmasında problem yarana bilər".

AzNews.az