- Köhnə - Hadisə
- 16 Yanvar 2014 12:01
- 2 551
Keçmiş məhkumun meyiti tapıldı
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Xoşavaz Mənəfovanın mənzilində boğaz nahiyəsində kəsilmiş xəsarəti olan meyiti tapılıb.
Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az