Zibillikdə silah-sursat tapıldı

Şəmkir rayon Dəllər qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Dəllər qəsəbəsinin ərazisində 1 ədəd "AKM" markalı silah, 2 ədəd alışqansız "F-1" qumbarası və 27 ədəd patron tapılıb.

Göstərilən silah və sursat qəsəbədə yerləşən məişət tullantıları sahəsindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az