Bakıda I kurs tələbəsi intihar etdi- Foto

Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi intihar edib.

"Axar.az" xəbər verir ki, özünü asan tələbənin Etibar İmaməlizadə olduğu bildirilib.

Hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısında qeydə alınıb. Onun özünü ağacdan asaraq intihar etdiyi bildirilib.

Bu gün mərhumun dostlarından biri Nərimanov Rayon Prokuroluğuna çağırılıb. Hazırda intihar etmiş tələbənin qohumlarının rayon prokuroluğunda olduğu söylənilib.

Qeyd edək ki, Etibar İmaməlizadə intihar etməmişdən bir gün öncə öz "Feysbuk" profilində "Sabah ya da birisi gün bəlkə getdim "facebook"dan. Özü də həmişəlik. Ancaq profilim Sənanda olacaq" sözlərini yazıb.

AzNews.az