Texniki Universitetin eyvanı uçdu: ölən və yaralanan var (Yenilənib)

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

Nəticədə orada tikinti işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (APA)(10.10)

***


Şirkətin rəhbərliyi əraziyə girişi qadağan edib


Azərbaycan Texniki Universitetində baş verən bədbəxt hadisə ilə əlaqədar aparılan təmir işinə fasilə verilib.

Tikinti şirkətinin nümayəndəsi əsaslı təmir aparılan binanın hadisə baş verən korpusunda olan AzNews.az-ın əməkdaşına bildirib ki, təmsil olunduğu şirkətin rəhbərliyi əraziyə girişi qadağan edib.



Bu səbəbdən də çəkiliş aparılmasına icazə verilmir. Yalnız onu bildirib ki, hadisə ilə əlaqədar araşdırma aparılır. Xəsarət alan işçinin isə səhhəti normallaşıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Hadisə universitetin ikinci korpusunda qeydə alınıb.

Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Nəticədə orada tikinti işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az