17:02
(077) 610-22-33

300-ə qədər stomatoloji kabinet bağlandı- Rəsmi açıqlama ( Yenilənib)

  • >
364 17 Yanvar 2014 13:05 | Hadisə

Səhiyyə və Vergilər nazirlikləri tərəfindən Bakıda fəaliyyət göstərən 300-ə qədər stomotoloji kabinetin fəaliyyəti dayandırılıb.


Bu sahədə çalışan, adının çəkilməsini istəməyən həkimdən aldığımız məlumata görə obyektlərin bağlanması bir neçə səbəblə bağlıdır. "Səhiyyə Nazirliyi obyekt sahibəlrindən lisenziya almağı tələb edir. Bundan başqa belə stomotoloji kabinetlərin əksəriyyəti gigiyenik qaydalara əməl etmir. Onlar ölkədə yayılan təhlükəli virusların, o cümlədən Hepatit C virusunun yayılma mənbəyidir. Nazirliyin bu sahəni nəzarətə götürməsi yaxşı haldır, amma gərək sahibkarların hüquqları qorunsun, proses onlara zərər dəymədən aparılsın".

Mənbənin məlumatına görə paytaxtda binaların zirzəmisində yerləşən, xidmət üçün şəraiti olmayan stomotoloji kabinetlərin əksəriyyəti fəaliyyətini dayandırılacaq. Onları yeni, müasir avadanlıqlarla təchiz edilmiş stoiotoloji klinikalar əvəzləyəcək".

Mənbə aparılan proseslə bağlı narahatlığını da bölüşüb: "Bu sahədə minlərlə insan çalışır. Kabinetlərin ucdantutma bağlanması xeyli sayda insanın iş yerlərini itirməsi ilə nəticələnə bilər. Ona görə də müvafiq qurumların bu sahədə nizam yaratmaq səyləri həkimlərin işsiz qalmaları ilə nəticələnməməlidir".

Qaynaq daha sonra bildirib ki, Vergilər Nazirliyinin əməkdaşları da tez-tez onlara "baş çəkir". "Bizə bildirirlər ki, guya vergidən yayınırıq, gəlirlərimizi gizlədirik, haqqımızda ölçü götürüləcək".(Bizim Yol qəzeti)(11.38)

***


Səhiyyə və Vergilər Nazirlikləri tərəfindən Bakıda fəaliyyət göstərən 300-ə qədər stomotoloji kabinetin fəaliyyəti dayandırılması ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin anspress-ə veridiyi məlumata görə, 300-ə qədər stomotoloji kabinet lisenziyasız fəaliyyət göstərmələri və ya lisenziyalarının müddətinin ötməsi ilə bağlı olaraq fəaliyyətləri dayandırılıb: "Bu yoxlamalar Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq davam etdiriləcək".

A, Qədirli qeyd edib ki, bütün ölkə ərazisində olan stomotolaji kabinetlərdə bundan sonra da yoxlamalar aparılacaq: "Özəl stomotoloji klinikaların fəaliyyəti qanunauyğun olmalı, dövlət tərəfindən lisenziyalaşdırılmalıdır. Əks halda onların fəaliyyət göstərməyə ixtiyarları yoxdur".

AzNews.az

Bağla X