67 cinayətdən 28-nin üstü açıldı - Bir gündə

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 67 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.

AzNews.az