Əli İnsanova vəkillərlə birgə oturmağa icazə verilmədi

Bu gün Bakı Apellyasiya məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı ikinci məhkəmə prosesi başlayıb.

Vəkil Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmədə 3 vəsatət qaldırıb.

Bunlardan biri Əli İnsanovun dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkillərin yanında əyləşdirilməsi olub. Digər iki vəsatət isə Əli İnsanova bəraət verilməsi və işə xitam verilməsi ilə bağlı olub. Məhkəmə heyəti heç bir vəsatəti qəbul etməyib. Buna görə də Əli İnsanov məhkəmə tərkibinə etiraz edib.

Bu gün Əli İnsanovun Ədliyə Nazirliyinə qarşı iddiası üzrə keçirilən məhkəmə prosesində olduğu kimi bu proses də yanvarın 31-ə təxirə salınıb.

Xatırladaq ki, Ali Məhkəmənin Plenumunun qərarına uyğun olaraq Əli İnsanovun işinə Apellyasiya Məhkəməsində yenidən baxılır.

Elnarə
AzNews.az