Bakı metrosunda - QARŞIDURMA

Bu gün axşam saatlarında Bakı Metropoliteninin Neftçilər stansiyasında metropoliten işçisi ilə vətəndaş arasında qarşıdurma yaranıb. Musavat.com-un əməkdaşınin verdiyi məlumata görə, qarşıdurmaya səbəb metropolitenin qadın işçisinin vətəndaşa qoyun deməsi olub. O da öz növbəsində bu təhqirə cavab verib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşları hadisəyə müdaxilə edib və hər iki tərəfi sakitləşdirib.