Bakıda tapılan silah-sursatla bağlı açıqlama - RƏSMİ

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda silah sursat aşkar olunub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerinə baxış keçirilib və xeyli sayda silah və sursat o cümlədən: 1 ədəd tank əleyhinə qumbaraatan mərmisi, 131 ədəd əl qumbarası, 103 ədəd əl qumbarasının alışdırıcısı, 24 ədəd avtomat silahı, 2 ədəd snayper tüfəngi, 1 ədəd əl pulemyotu, 30186 ədəd müxtəlif çaplı patron, 5 ədəd işığlandırıcı raket, 4 ədəd tüstü şaşkası, 36 ədəd avtomat darağı, 1 ədəd "TOZ-8", 13 ədəd ov tüfəngin qundağı, 14 ədəd ov tüfəngin lülləsi və 1 ədəd 16 kalibrli tüfəng aşkar edilib.

İstifadə üçün yararsız olan döyüş sursatları daxili qoşunların aidiyyəti mütəxəsisləri ilə birlikdə nazirliyin Xüsusi Riskli Xilsetmə Xidmətin mütəxəssisləri tərəfindən müvafiq poliqonda partlatma və yandırma üsulu ilə məhv edilib.

İstifadə üçün yararlı olan digər hərbi sursatlar və silahlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 12:39-da başa çatıb.