- Köhnə - Hadisə
- 18 Yanvar 2014 08:41
- 2 397
Su və elektrik enerjisinin bahalaşması ilə bağlı rəsmi AÇIQLAMA
Bunu AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.
Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:
"Azərenerji"i və "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb".
Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevraın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.
Amid
AzNews.az