Ekspert ötən gecə ürək tutmasından dünyasını dəyişib Ekspert ötən gecə ürək tutmasından dünyasını dəyişib

Hərbi ekspert İldırım Məmmədov vəfat edib

Ekspert ötən gecə ürək tutmasından dünyasını dəyişib



Azərbaycanın tanınmış hərbi eksperti, ehtiyatda olan polkovnik İldırım Məmmədov vəfat edib. Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, 61 yaşlı İ. Məmmədov ötən gecə ürək tutmasından dünyasını dəyişib. Mərhumun cənazəsi doğulduğu Tərtər rayonunun Qapanlı kəndinə aparılıb, orada dəfn olunacaq.

Qeyd edək ki, İ. Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib.

1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. İ. Məmmədov Sovet Ordusunun 4 alayında komandir müavin olub.

1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi.

AzNews.az