- Köhnə - Hadisə
- 20 Yanvar 2014 17:03
- 2 258
Qəbələdə intihara cəhd
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Nohurqışlaq kəndində 1 nəfər kişi intihar etmək məqsədi ilə ağaca çıxıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb.
Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:57-də başa çatıb.
AzNews.az