ANS daha 7 saytı məhkəməyə verdi

ANS Müstəqil Yayım və Media Şirkəti bu gün daha 7 saytı məhkəməyə verib.

ANS MYMŞ-nın Hüquq Departamentindən anpress-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib:

dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.

Şirkət bu saytları da ANS haqqında qərəzli məlumatlar yaymaqda günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə ANS aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az saytlarını məhkəməyə vermişdi.

Məhkəməyə verilən saytların baş redaktorları və media ekspertləri ANS-in bu iddiasını əsassız saymışdılar.

AzNews.az