Azərbaycanlı haker erməni saytında 20 Yanvar yazdı – FOTO

Azərbaycanlı hakerlər erməni saytlarına hücum edib.


AzNews.az-ın verdiyi məlumata görə, yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlı haker ermənilərin nüfuzlu shamshyan.com saytını sındırıb.

Haker sındırdığı saytın üz qabığına 20 Yanvar faciəsi ilə bağlı şəkil və öz imzasını paylaşıb.

Qeyd edək ki, bu, azərbaycanlı hakerlərin ilk işi deyil. Onlar bu ərəfədə bir neçə erməni saytını da sındırmağa nail olublar.

Rəhim Qədirov
AzNews.az