23:36
(077) 610-22-33

Xanım sürücü avtomobillə birlikdə su kanalına aşıb

  • >
234 21 Yanvar 2014 08:05 | Hadisə

Qaradağın Lökbatan qəsəbəsində xanım sürücü idarə etdiyi avtomobillə qəza törədib.

APA-nın xəbərinə görə, Lökbatan dairəsindən qəsəbəsinə gedən yolda hərəkət edən "90 MO 766" dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobil su kanalına aşıb.

Qaradağ Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, hadisəyə yağışlı hava nəticəsində yolun sürüşkən olması səbəb olub. Xanım sürücü idarəetməni itirərək, avtomobili ilə birlikdə yol kənarındakı su kanalına aşıb.

Hadisə nəticəsində xəsarət alana olmasa da avtomobil yararsız hala düşüb. Avtomaşın evakuatorun köməyi ilə su kanalından çıxarılıb.

Faktla bağlı Qaradağ Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

AzNews.az
Bağla X