23:07
(077) 610-22-33

Oğlu bahalı avtomobillərini nümayiş etdirən prokuror işdən qovuldu

  • >
481 21 Yanvar 2014 10:29 | Hadisə

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev işdən azad olunub.


Bu haqda "Axar.az"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Ramiz Nəbiyevin 2012-ci il dekabrın 29-da vəzifəyə təyinat aldığını nəzərə alaraq, onun işdən azad olunma səbəbi ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.

Eldar Sultanov faktı təsdiqləyərək, Ramiz Nəbiyevin öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl R. Nəbiyevin oğlu Elvin Nəbizadənin "facebook" səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olmuşdu. Bu barədə əvvəl saytlarda gedən xəbəri BURADAN oxuya bilərsiniz.


AzNews.az
Bağla X