Sürücülərə şad xəbər

Bu gün Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov və digər dövlət rəsmiləri iştirak ediblər.

P.Mürsəliyevin sözlərinə görə, yolun ümumi uzunluğu 59 km-dir.

2011-ci ilin noyabr ayında yolun əsaslə şəkildə yenidən qurulmasına başlanılıb və 2013-cü ilin dekabr ayında işlər sona çatıb.
Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir.

AzNews.az